Xankəndi-Laçın yolundan sülhməramlıların 44 avtomobili keçib

Xankəndi-Laçın yolundan sülhməramlıların    44    avtomobili keçib
  14 Fevral 2023    Oxunub:899
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
AzVision.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 yük avtomobili Xankəndidən Laçın, 1 minik avtomobili isə Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət ediblər.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 44-ə çatıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

AzVision.az



Teqlər:



Xəbər lenti