Daha 3 türk klubu çempionatda çıxışını dayandırdı

Daha 3 türk klubu çempionatda çıxışını dayandırdı
  14 Fevral 2023    Oxunub:1003
Türkiyənin daha 3 klubu ölkədə baş vermiş zəlzələ səbəbindən cari mövsüm yer aldığı çempionatda çıxışını dayandırıb.
AzVision.az -ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.

O bildirib ki, II Liqadan “Diyarbakırspor”, III Liqadan isə “Kahramanmaraşspor”la “Osmaniyespor”un tələbi müsbət cavablandırılıb.

Federasiya prezidenti eyni zamanda “Sivas Belediyespor”, “Tarsus İdmanyurdu” və “Niğdespor”un da analoji müraciət ünvanladıqlarını vurğulayıb. Lakin çempionatlarında son sıralarda qərarlaşdıqları üçün onların tələbi qəbul edilməyib.

Qeyd edək ki, buna qədər “Hatayspor” və “Qaziantep”in Super Liqada, “Yeni Malatyaspor”la “Adanaspor”un I Liqada, “Adıyaman”ın II Liqada, “Niğde Anadolu” və “Malatya Arguvanspor”un isə III Liqada çıxış etməyəcəyi bildirilib.

Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər.

AzVision.az



Teqlər:





Xəbər lenti