“Qafqaz kişisi” anlayışı ermənilərə yaddır – Ədalət Verdiyevin yazısı

   “Qafqaz kişisi” anlayışı ermənilərə yaddır –    Ədalət Verdiyevin yazısı
  15 Fevral 2023    Oxunub:4408
Ermənilərin Qafqazın yerli əhalisi olmadıqlarına dair əldə etdiyim faktları dəfələrlə məqalələrimdə yazmışam, efirlərdən səsləndirmişəm. Qafqaz kişisi düşmənçiliyi də kişi kimi etməyə borcludur; uşağa, qadına, qocaya əl qaldırmaz, qarşısında olanın köməksiz vəziyyətindən sui-istifadə etməz, silahsız düşmənə qarşı silah və güc işlətməz, gecə yuxuda olan 2 yaşlı uşağa ballistik raket atmaqla fəxr etməz. Amma ermənilər bunları dəfələrlə edib, sonra da insanlığa yaraşmayan bu davranışlarından utanmaq əvəzinə fəxr etdiklərini bildiriblər. Odur ki, ermənilərin Qafqaz ilə yaxından-uzaqdan heç bir əlaqələrinin olmadığına şübhəm yoxdur.
Hazırda Ermənistanda qadınların könüllü şəkildə müddətli hərbi xidmət keçməsi müzakirə edilir. Əvvəllər baş nazir Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bu haqda fikirlər səsləndirmişdilər. Baş nazirin həyat yoldaşı Anna Akopyanın "Erato" qadın dəstələri yaratması, onların manikürlü barmaqlar və fenlənmiş saçlarla Qarabağda silahlı təlim keçməsini hamımız xatırlayırıq. Amma Annanın 13 "döyüşçüsü" müharibə başlayan kimi yoxa çıxdılar. İndi isə yenə bu mövzu gündəmə gəlib.

Qafqazda qadın ailənin dayağıdır, isti ocağın mühafizəçisidir, uşaqların anasıdır, ərini müharibəyə yola salan və onu böyük ailəsi - Vətəni üçün döyüşməyə sövq edəndir, ailənin rahatlığını təmin edən, evi işıqlandırandır. Erməniçilik ideologiyasında isə qadın fərqli və bəzən də ləyaqətsiz təyinat üzrə istifadə olunan bir alətdir. Həm də buna görə ermənilər Qafqaz xalqı hesab oluna bilməzlər.

İndi Ermənistan rəhbərliyi qadınları Azərbaycan Əsgərinə qarşı səngərlərə yerləşdirmək qərarına gəlib. Bu haqda danışanlar həqiqətən də Qafqaz kişisi olsaydılar, mitinqlərdə boğazlarını cırmaq əvəzinə özləri Azərbaycan Əsgərinin önünə çıxardılar. Amma bacarmırlar, çünki kişi kimi ölməyə deyil, kiminsə, əksər hallarda isə qadının hesabına yaşamağa vərdiş ediblər. Müharibədə fərarilik edən erməni “kişi”ləri indi də qadınları səngərə göndərirlər. Deməli, bu ölkədə nə kişi qalıb, nə də kişilik anlayışı. Qadın orduda xidmət edə bilər, amma səngər yalnız kişilərin yeridir. Bu, bir daha sübut edir ki, ermənilərin Qafqazın kişilik və ailə standartları ilə heç bir əlaqəsi yoxdur.

Ermənistan "kişiləri" gələcəkdə yenə snayper erməni qadının alnında 3-cü deşik açılanda və ya güllə atmaq üçün tətiyi çəkən barmağı əskik gələndə yeni şəkilləri paylaşıb hay-küy qaldıracaqlar. Onların "arvadlarımıza, bacılarımıza, qızlarımıza, rəfiqələrimizə hərbi forma geyindirdik, silah verib döyüşə yolladıq, amma Azərbaycan Əsgəri onların alnında deşik açdı" məzmunlu statuslarını məmnuniyyətlə gözləyəcəyəm.

Müttəfiqi olan Rusiyanın 102-ci hərbi bazasında xidmət edən Valeri Permyakovun erməni qadınlarını öldürməsinə illərlə səssiz qalanların bu gün rusları boykot etməsi də başqa bir ikiüzlülük və biabırçılıqdır.

Mövcudluğu daim dərin şübhə doğuran "erməni kişiliyi" Azərbaycan Əsgəri tərəfindən Vətən Müharibəsi zamanı dəfn edilib. Amma hələ də ermənilərin arasında utanmadan, ölüb yerə girmədən revanş mövzusunda danışanlar tapılır. Onların da ağzının birdəfəlik yumulmasına çox qalmayıb.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Erməniçilik  





Xəbər lenti