Müğənni instaqram hesabında paylaşım edərək hər kəsi yardım etməyə çağırıb: "Sevgililər günündə hamı Sevgidən danışır! Gəlin bütün sevgimizi, şəfa enerjimizi bu böyük zəlzələdə böyük dağıntı və itki ilə üzləşən Türkiyə və Suriyaya göndərək. 33 min 181 nəfər həyatını itirib.Orada bir çox insan evini, işini itirdi, sevdiklərindən bəhs etməyə belə gərək yoxdur. Bütün şəhərlər silindi. Ürək parçalayır! Yardım etmək üçün ən yaxşı yer – ahbap.org".
Şahanə Rəhimli
AzVision.az