Tələbələrin cənazələri Azərbaycana sabah gətiriləcək

 Tələbələrin cənazələri Azərbaycana sabah gətiriləcək
  15 Fevral 2023    Oxunub:1140
"Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri sabah Azərbaycana gətiriləcək".
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. O bildirib ki, cənazələrin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti