"Beşiktaş"ın məşçisi olmaq istəyirdi, ailəsi ilə birgə dağıntılar altında qaldı

  "Beşiktaş"ın məşçisi olmaq istəyirdi,    ailəsi ilə birgə dağıntılar altında qaldı
  15 Fevral 2023    Oxunub:1260
Türkiyədə baş verən zəlzələdə “Osmaniyespor”a peşəkar çempionluqlar yaşadan məşqçi Adem Hurma həyat yoldaşı və 2 uşağı ilə birgə dünyasını dəyişib.
"Daum Adem" ləqəbli məşqçinin yaşadığı Esenevler zəlzələdən ən çox zərər çəkən məhəllə olub.

Onun evi 10 mərtəbəli binanın 6-cı mərtəbəsində idi. Həyat yoldaşı Muazzez, oğlu Bahadır və qızı Bahar bir-birinə sarılmış vəziyyətdə tapılıblar. Adəm Hurma isə dağıntılar altında başqa otaqdan çıxarılıb.

Adem Hurma sağlığında “Beşiktaş” vurğunu olub və "Bir gün “Beşiktaş”ı çalışdıracağam",-deyirmiş. Yaxın dostu, məşqçisi Nuh Kurt dostu haqqında:" Adem Hurmanın həyatında 3 sevgisi vardı: 1.Ailəsi, 2.Osmaniyespor, 3.Beşiktaş. O, gecə-gündüz futbol üçün çalışırdı. Premyer Liqa, La Liqa və Bundesliqa, Liqa 1 kimi mühüm liqaları izləyərdi və onların taktikasını təhlil edib izah edərdi", - fikirlərini bildirib.

Ən çox Almaniya liqasını sevirmiş. Almaniyalı məşqçi Kristof Daumun oyun anlayışını və sistemini mənimsəməsi səbəbi ilə ona “Daum Adem” ləqəbi verilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti