"Reytinq toplamırdı" - AzTV-dən aktyorun verilişinin bağlanmasına reaksiya

      "Reytinq toplamırdı"    - AzTV-dən aktyorun verilişinin bağlanmasına reaksiya
  15 Fevral 2023    Oxunub:687
Prezident İlham Əliyevə dublyaj sahəsində mövcud problemlərlə bağlı müraciət edən aktyor, aparıcı, Kamal Yaşarın “Mədəniyyət” telekanalında yayımlanan “Kinokitab” verilişi bağlanıb.
AzVision.az xəbər verir ki, bu barədə aktyor facebook hesabında məlumat yayıb.

Məsələ ilə bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC də mövqeyini bildirib. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, “Mədəniyyət” kanalının “Kinokitab” verilişi hələ ötən ilin sentyabrından yayımlanmırdı və verilişin keyfiyyət baxımından müasir tələblərlə uyğunlaşmadığı da yaradıcı kollektivə izah edilib:

“Bu il kollektivə daha bir imkan verilsə də, reytinq toplamadığı üçün yayımının dayandırılmasına qərar verildi. Bunu hansısa açıqlama və paylaşımla əlaqələndirmək fikri başqa istiqamətə yönləndirməkdən, süni ajiotaj yaratmaqdan başqa bir şey deyil.

Onu da əlavə edək ki, “Kinokitab” verilişi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məhsulu deyil, prodakşn istehsalıdır. Verilişin ərsəyə gəlməsində də əməyi olan şəxslər “Mədəniyyət” kanalının əməkdaşları yox, kənar müəlliflərdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti