FHN-in səhra hospitallarında 512 nəfərə tibbi xidmət göstərilib

   FHN-in səhra hospitallarında 512 nəfərə tibbi xidmət göstərilib
  15 Fevral 2023    Oxunub:1260
Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 512 nəfərə tibbi xidmət göstərilib.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

Belə ki, hospitallarda ötən günlər ərzində 512 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.











AzVision.az


Teqlər:



Xəbər lenti