Kövrək insanlıq tablosu: Dağıntılar altında qalan inəyinə hər gün yem verir - VİDEO

 Kövrək insanlıq tablosu:  Dağıntılar altında qalan inəyinə hər gün yem verir -   VİDEO
  16 Fevral 2023    Oxunub:3158
Adıyamanda inəyi dağıntılar altında qalan və çıxa bilməyən qadın sürünərək dağıntılar altında inəyinə yem verir.
Dardağan kəndində yaşayan Birgül Tuncay Əziz Tuncayın tikililəri zəlzələdə tamamilə dağılıb. Onlar zəlzələdən yüngül xəsarətlərlə sağ çıxsalar da, tövlədəki heyvanlarının bəxti gətirməyib.

Tövlədəki 4 inəkdən 2-si, 15 keçi və 30 toyuq dağıntılar altında qalaraq tələf olub. Sağ qalan 2 inəkdən biri çıxarılarkən, digəri dağıntılar altında qalıb. Birgül Tuncay zəlzələnin ilk günündən dağıntılar altında qalan inəyini xilas etməyə çalışsa da, onu çıxara bilməyib.

O, hər gün dağıntılar altında sürünərək “Bircan” adlı inəyinə su və yem verir. Ölən heyvanları üçün göz yaşı tökən Tuncay inəyinin xilas olmasını istəyir.



Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti