"Tələbələrin binasını görəndə şoka düşdüm" - Şahin Vəliyevin dayısı

   "Tələbələrin binasını görəndə şoka düşdüm" -    Şahin Vəliyevin dayısı
  16 Fevral 2023    Oxunub:1946
Malatyada tələbələrin cansız bədənlərinin çıxarıldığı binanını birinci dəfə görəndə şoka düşdüm. Oradan insanın sağ çıxma faizi sıfıra bərabər idi.
AzVision.az xəbər verir ki, bunu Şahin Vəliyevin dayısı Azər Hüseynov deyib.

"O bina çökməmişdi. Elə bil haradansa 20 kamaz söküntünü gətirib orada üst-üstə tökmüsən. Sona qədər ümidlə xəbər gözlədik. Ancaq təəssüf ki, 9-cu günü mərhumların dördünün də oradan cansız bədəni çıxarıldı. Birinci Samir, sonra Şahin çıxarıldı. Sonra baxa bilmədim. Halım pis oldu".

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində Malatyada İnönü Universitetində təhsil alan tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıblar. Onların cəsədləri fevralın 14-də dağıntılar altından çıxarılıb. Ümumilikdə Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı həlak olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti