Elmar Məmmədyarov Baş katiblə görüşüb

Elmar Məmmədyarov Baş katiblə görüşüb
  10 Aprel 2013    Oxunub:1200
Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncını qəbul edib
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncını qəbul edib.

AzVision.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Baş katib Halil Akıncı Nazir Elmar Məmmədyarova təşkilatın gündəliyində duran məsələlər haqqında ətraflı məlumat verib.

Görüşdə həmçinin, Azərbaycan ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə edilmiş və Şuranın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti