İsmayıllıda meşədə ağaclar kəsilib

İsmayıllıda meşədə ağaclar kəsilib
  16 Fevral 2023    Oxunub:756
İsmayıllıda meşədə ağaclar kəsilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, rayonun Quşencə kəndi ərazisindəki meşə sahəsində vələs ağaclarının kəsilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Keçirilən müvafiq tədbirlər nəticəsində həmin ağacların kənd sakini Coşqun Mitəlov tərəfindən kəsildiyi müəyyən edilib və onun izahatı alınıb.

Faktla bağlı şöbənin təhqiqat bölməsində araşdırma aparılır.
AzVision.az



Teqlər:



Xəbər lenti