Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa ilə keçirilən görüşdə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında 2018-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrasının uğurla davam etdiyi vurğulanıb. Memorandumun implementasiyası çərçivəsində Uqandada “Xidmət Mərkəz”lərinin fəaliyyətinin Azərbaycanın “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi, müvafiq sahə üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin bölüşülməsi istiqamətində görülən işlərdən söz açılıb.
Həmçinin Dövlət Agentliyinin nümayəndəsi tədbir çərçivəsində "Dövlət xidmətləri” mövzusuna həsr edilmiş xüsusi sessiyada çıxış edib. Dövlət xidmətlərinin və xidmət mərkəzlərinin gələcəyinin dizayn edilməsi istiqamətində aparılan müzakirələr zamanı Dövlət Agentliyi tərəfindən ötən illər ərzində bu xüsusda görülmüş işlər, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və planlaşdırılan layihələr barədə sessiya iştirakçıları məlumatlandırılıblar.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


