Nazir Qarabağda döyüş tapşırıqlarını yoxladı - VİDEO
Şəxsi heyətlə görüşən nazir onların döyüş ruhu və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyub.
Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə çay süfrəsi arxasında söhbət edib, onların qayğıları ilə maraqlanıb. Müdafiə Nazirliyinin rəhbər heyəti daha sonra növbəti hərbi hissəyə gələrək burada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada zəruri infrastruktur yaradılıb.
Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib. Sonda müdafiə naziri Ali Baş Komandanın tapşırığına əsasən hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


