Hər ikinci amerikalı uşaq tərəvəz yeyə bilmir

Hər ikinci amerikalı uşaq tərəvəz yeyə bilmir
  17 Fevral 2023    Oxunub:1226
ABŞ-da səhiyyə ilə bağlı diqqət çəkən araşdırma aparılıb. Araşdırmaların nəticələrinə görə, ölkədə hər iki uşaqdan biri sağlamlıq üçün tövsiyə edilən ərzağı qəbul etmir-gündə ən azı bir tərəvəz yemir.
Meyvə qəbulu ilə bağlı isə tərəvəzə nisbətdə cüzi dərəcədə fərq var. Hər üç uşaqdan biri (32 faiz) gündə ən azı bir meyvə yemir. Bu, 2021-ci ilin iyunundan 2022-ci ilin yanvarına qədər 1-5 yaş arası təxminən 18.300 uşağın valideynlərinə göndərilmiş sorğu vərəqinin nəticələri əsasında müəyyənləşib. Sənədlər ölkənin əsas federal səhiyyə agentliyi olan ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən hazırlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti