"Biz kişi kimi düşmənçilik edirik" - Ələkbər Rəşaddan danışdı

   "Biz kişi kimi düşmənçilik edirik" -    Ələkbər Rəşaddan danışdı
  17 Fevral 2023    Oxunub:1601
"Rəşad bizim evdə böyüyən uşaqdır. Onun barəsində heç nə danışmıram".
AzVision.az xəbər verir ki, bunu meyxanaçı Ələkbər Yasamallı "TikTok"da canlı yayımda olarkən deyib.

O, qohumunu qətlə yetirməkdə təqsirli bilinən həmkarı Rəşad Dağlı ilə bağlı sualları cavablandırıb. Ələkbər bildirib ki, Rəşadla görüşməyi düşünür:

"Rəşad Dağlının mənə verəcək sualı, cavabı yoxdur. Çünki o dörd divar arasındadır, qolu bağlıdır. Nə vaxtsa görüşəcəyik, üzbəüz gələcəyik, yəqin mənə sözü olacaq. Ya da mənim ona deyəcək sözüm olacaq. Biz kişi kimi düşmənçilik edirik. Bir insanın mənə cavab vermək imkanı yoxdursa, nə gəldi döşəyim? Bu, bizə yaraşmaz. Yaxşı olar, inşallah".

AzVision.az


Teqlər:





Xəbər lenti