Aviation Week: "Vurulan UNO 12 dollarlıq şardır"

      Aviation Week:   "Vurulan UNO 12 dollarlıq şardır"
  17 Fevral 2023    Oxunub:1155
ABŞ-da vurulan uçan obyektlərdən biri İllinoys ştatındakı həvəskarlar dərnəyinin üzvləri tərəfindən havaya buraxılan adi şar ola bilər. AzVision.az xəbər verir ki, bu barədə "Aviation Week" saytı məlumat yayıb.
Nəşrin məlumatına görə, fevralın 15-də "Northern Illinois bottlecamp baloon brigade"yə özlərinə məxsus hava şarının yoxa çıxması barədə məlumat yayıb. Həmin şar sonuncu dəfə fevralın 10-da Alyaska üzərində qeydə alınıb. Həmin vaxta qədər isə şar dörd aydan çox imiş ki, havada uçurmuş. Maraqlıdır ki, məhz şarın itdiyi günlərdə ABŞ səlahiyyətliləri Alyaskada uçan obyektin vurulduğunu elan etdilər.

ABŞ əlindən gələni boş qaba çəkir. "Uçan boşqab"a
Belə hava şarlarını hazırlayan şirkətin qurucusu Ron Meadous dda diqqət çəkən açıqlama verib. O qeyd edib ki, havada həvəskarların buraxdığı belə obyektlərin olması barədə məlumat vermək üçün hərbçilər və FTB ilə əlaqə saxlamağa çalışəb.

"Yəni əgər onlar məlum obyektləri vursalar, elə də ağıllı görünməyəcəklər" - Meadous deyib.

O da vurğulanır ki, son vaxtlar ABŞ hərbçiləri tərəfindən vurulan hər üç naməlum obyektin təsviri həvəskar şarların formasına, uçma hündürlüyünə uyğun gəlir. Onları növündən asılı olaraq 12-180 dollara almaq olar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Şar  





Xəbər lenti