"Qəzada müəllimlərdən 2-si ölüb, 5-i yaralanıb" - Nazirlik

   "Qəzada müəllimlərdən 2-si ölüb, 5-i yaralanıb" -    Nazirlik
  17 Fevral 2023    Oxunub:682
Elm və Təhsil Nazirliyi Siyəzəndə qəzaya düşən müəllimlərlə bağlı məlumat yayıb.
Nazirlikdən AzVision.az -a daxil olan məlumatda deyilir:

"Bu gün səhər saatlarında Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllimimiz qəzaya düşüb.

Onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllimimiz isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin! Yaralı müəllimlərimizə isə şəfa diləyirik!".

AzVision.az


Teqlər:



Xəbər lenti