Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq
  17 Fevral 2023    Oxunub:770
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti