Qalmaqal Merkelin başında çatladı - FOTO
Üz qabığında kanslerin şəkli ilə yanaşı “Tarixin saxtalaşdırılması : Almanlar necə özlərini İkinci Dünya Müharibəsinin qurbanı kimi təqdim etdilər” sözləri yazılıb. Jurnalın bu sayı almanların martın sonunda ekranlara çıxan “Bizim analarımız, bizim atalarımız” filminə cavab olaraq yayımlanıb.
Filmdə əsas qəhrəmanlar olan beş almanın taleyi fonunda polyak döyüşçülərinin qəddarlığı və milliyətçi mövqeyi qabardılıb. Epizodların birində bir qrup polyak dustaqlara dolu olan qatara atəş açır və “ Biz yəhudiləri siçovul kimi əzrik” deyə qışqırır.
Polşa ictimaiyyəti və diplomatların kəskin etirazına səbəb olan serial anti-polyak təbliğatı aparmaqda ittiham olunur.