Zəlzələdən zərər çəkənlərə yardım üçün maşınını satdı

   Zəlzələdən zərər çəkənlərə yardım üçün maşınını satdı
  17 Fevral 2023    Oxunub:1339
Türkiyənin hər yerindən zəlzələdən zərər çəkənlərə yardımlar edilir. Məşhurlar zəlzələ fəlakətinə biganə qalmayıb. Bu adlardan biri də aktyor Ferdi Sancardır.
Fevralın 15-i axşam saatlarında televiziyada canlı yayımlanan “Türkiyə Bir Ürək” yardım kampaniyasına qatılan Ferdi Sancar alqışlanacaq addım atıb. O, 1998-ci ilin modeli olan avtomobilini satıb pulunu zərərçəkənlərə bağışlayacağını bildirib.

"Tək sahib olduğum şeyi zərərçəkən qardaşlarıma bağışlayıram. Bir az xərci var, onu həll edib satacağam".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti