Deputat: Vartanyandan Dartanyan düzəltməyə çalışanlar məqsədlərinə çatmayacaqlar

“Bəli, aydındır ki, cənab Volodinin adını çəkdiyi Avropa təsisatları, o sıradan da Ermənistana öz jandarmalarını göndərənlər heç də burada sülhün olmasında maraqlı deyillər. Amma sual olunur ki, bəs dələduz Ruben Vartanyanı təkrar Xankəndinə dartanlar necə, regionda qarşıdurmaların tez bir zamanda aradan qalxmasını istəyirlərmi? İstəyirlərsə, məhz həmən Vartanyanla, Harutyunyan Moskvaya çağrıldıqdan sonra separatçı rejimin yeni “vəzifə” dövriyyəsi oyununa başlaması, hərbi xuntanın digər təmsilçilərindən çox da fərqlənməyən Balasanyana qarşı cinayət işinin açılması nə ilə bağldır? Həmən Balasanyanın cinayətkarlığı indi üzə çıxdı, yoxsa bu onun Vartanyana Azərbaycanla ünsiyyət qurmaqdan başqa çıxış yollarının olmadığını deməsinə görədir?” , - Millət vəkili vurğulayıb.
Deputat Vartanyanı əsl detektiv filmlərindəki kimi gizlicə Moskvaya aparıb gətirənlərin Laçın yoluyla Xankəndinə indən sonra qanunsuz yük, mina, terrorçu və təxribatçılar daşınmasının qarşısını alacaqlarına böyük şübhə yarandığını da diqqətə çatdırmaqla yanaşı, belə oyunlara qurşananların öz məqsədlərinə çata bilməyəcəklərinə əmin olduğunu söyləyib.
- İnana bilərikmi ki, Laçın yolunda aksiya başladılanadək Ermənistandan Qarabağa mina, silah-sursatla birgə muzdluların, iranlı təlimatçıların, digər ünsürlərin gətirilməsindən Rusiyanın oradakı müvəqqəti hərbi kontingenti xəbərsiz olub? Belə görünür ki, yox! Bununla yanaşı əminəm ki, Moskvada regionda mövqelərini qoruyub saxlamağın ən effektli yolunun Qarabağda hərbi mövcudluqlarından deyil, Qərbi Azərbaycanlıların öz yurd yerlərinə dönməsinə yardımdan keçdiyini gec-tez anlayacaqlar. Onu da anlayacaqlar ki, Vartanyandan Dartanyan düzəltməyə çalışmaqla nə düzəldənlər, nə də düzəldilən məqsədinə çatasıdır” ,- Sahib Alıyev bildirib.
AzVision.az