FHN Xudatda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

   FHN Xudatda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
  17 Fevral 2023    Oxunub:772
Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonu, Xudat şəhərində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Şimal Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 3 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti