Millət vəkili: Azərbaycanda media, söz azadlığından guya narahat olanlar özlərinə baxsınlar
“Bu məsləhətləşmə və onun ardınca başladılacaq kampaniyada məqsəd dövlətimizin öz torpaqları üzərində suverenliyinin tam təmininə əngəl yaratmaqdır. Qərbdəki bəlli çevrələrin Laçın yoluyla bağlı əsassız tələblərini yerinə yetirmədiyinə görə Azərbaycana təzyiq etməkdir. Avropa Birliyi missiyasının Bakıda təşkil etdiyi bu “məsləhətləşmə” də bizim razılığımız olmadan həmən qurumun adından sərhədlərimizdə guya monitorinq həyata keçirmək üçün jandarm göndərilməsi siyasətinin davamı və tərkib hissəsidir” , - Sahib Alıyev qeyd edib.
Milli Məclisin üzvü Azərbaycanda media, söz azadlığından guya rahatsız olanların dönüb özlərinə baxmalarını məsləhət görərək, Avropa Media Azadlığı Mərkəzi (ECPMF), Beynəlxalq Mətbuat İnstitutu, Avropa Jurnalistlər Federasiyası, və Böyük Britaniyanın ARTİCLE 15 təşkilatının birgə təşkil etdikləri Konsorsiumun apardığı araşadırmalar nəticəsində təkcə ötən il Avropa Birliyinə üzv dövltlər və üzvlüyə namizəd olanlarda mediaya təzyiq xarakterli 813 insidentin qeydə alındığını və bunun da 489-u birincilərin payına düşdüyünü xatırladıb.
- Medianın ən çox basqılarla üzləşdiyi Avropa dövlətləri arasında birinci və ikinci yerləri Almaniya ilə Fransa bölüşürlər. O Faransa ki, səfiri sözü gedən məsləhətləşmərədə özəlliklə canfəşanlıq gösətib. Səbəb də aydındır. Bunun arxasında rəsmi Parisin Azərbaycanın ikinci Qarabağ savaşında əldə etdiyi qələbənin nəticəsi ilə razılaşmamaq siyasəti durur.
Diqqət edin, son 30 ildə 40 jurnalistlərinin qətlə yetirlməsinin üstü açılmayan Avropa Birliyində təkcə ötən il 60 senzura faktı qeydə alınıb.
Qəribədir deyilmi, Farnsada zəlzələ nəticəsində qardaş Türkiyənin üzləşdiyi faciə məsxərəyə qoyulanda söz azadlığından dəm vurulur, ancaq öz maraqlarına uyğun gəlməyən yazı və materiallara qarşı senzura tətbiq edilir. Bunu necə başa düşək. Qərbədki 4 ölkənin səfirndən məsləhət alan jurnalistlərimizə səslənirəm onlar da Şuşada hər hansı bir tədbir keçirsinlər görsünlər Fransa ilə ABŞ-ın səfirləri ora gələcəklərmi? Əlbəttə, gəlməyəcəklər” , - deputat vurğulayıb.
Millət vəkili “məsləhətləşmə”yə qatılan yerli jurnalistərin bir çoxunun heç də savadsız olmadığını, aralarında mediada saç-saqqal ağardanların olduğunu, onların da bu “məsləhətləşmə”nin keçirilməsində əsl məqsədini bildiklərini, ancaq təəssüf ki, qrant almağa görə və digər səbəblərdən özlərindən Azərbaycan qarşı alət kimi faydalanılmasına şərait yaratdıqlarının ağrı hissi doğurduğunu deyib. Amma həmin kəslərin Qərbdə hörmət qazanmaq ümidlərinin boşa çıxacağını onlarını diqqətinə çatdırıb.
“Yaradırlar yaratsınlar, öz işləridir. Ancaq əmin olsunlar ki, onların məsləhət və qrant aldıqlarının yanında hörmətləri heç də Qərbdə, yerləşdikləri ölkələrin xüsusi xidmət orqanlarından tapşırıq alaraq dövlətimizə qarşı tərbiyyəsiz, mənəviyyatdan uzaq, söyüş dolu fikirlər səsləndirən degeneratlardan çox deyil və olmayacaq. Ona görə ki, söhbət Azərbaycanın onlar kimi yox, onlar istəyən kimi yəni zəif, asılı bir dövlət olmasını istəyənlərdən gedir. Qərbdəki bəlli çevrələrə Azərbaycan jurnalistinin savadlı və hazırlıqlı olması da əl vermir. Azərbaycan siyasətçisini də, jurnalist və bloqçusunu da ölkələrində bəslədikləri dırnaqarası azərbaycanlı degeneratlar var ha, bax o cür səviyyəsz, manqurt görmək istəyirlər” , - Sahib Alıyev bildirib.
Bu qiymətləndirməsinin subyektiv təsir bağışlaya biləcəyini deyən Millət vəkili, əslində onun gəldiyi nəticənin belə “məsləhətləşmə”ləri təşkil edənlərin indidəydək yeritdikləri siyasətə əsaslandığını vurğulayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


