Bu müddət ərzində yanğınsöndürənlərlə söhbət edərək onlarla yaxından tanış olmaq fürsəti tapan Şahin müalicə aldığı Sivas Cümhuriyyət Universiteti Araşdırma və Tətbiq Xəstəxanasından video zəng edərək qrupdakı hər bir xilasediciyə təşəkkür edib.
"Sizlərlə dağıntılar altında danışanda müsbət enerjiniz mənə keçdi. Dağıntılar altında səsinizi eşidirdim. Bu səsi eşidəndə məndə özünə güvən yarandı. Sizin kimi könüllü olacağam. Kaş ki, tez sağalıb sizlərə qatıla bilsəydim", - Şahin deyib.

Şahanə Rəhimli
AzVision.az