İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən diqqətə çatdırdı ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər.
Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlətimizin başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini dedi.
Neçirvan Bərzani İraqın Kürdüstan regionundan turistlərin Azərbaycana səfər etdiklərini və bu səfərlərdən çox məmnun qaldıqlarını qeyd etdi.
Dövlətimizin başçısı öz növbəsində bildirdi ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar.
Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət etdi.
Dəvət məmnunluqla qəbul olundu.
***
Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani ilə görüşü olub.
AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


AzVision.az