Qubadlı-Eyvazlı avtomobil yolu ilin ikinci yarısı istifadəyə veriləcək

   Qubadlı-Eyvazlı avtomobil yolu ilin ikinci yarısı istifadəyə veriləcək
  18 Fevral 2023    Oxunub:728
Azad olunmuş ərazilərdə inşa edilən Qubadlı-Eyvazlı avtomobil yolunun torpaqlama işləri başa çatıb.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, artıq yolun torpaq işlərinin 90 faizi hazırdır: "Bu yol vasitəsilə biz, həmçinin, Gorus-Sisyan yoluna çıxış əldə edirik. Bu da Şərqi Zəngəzura ikinci çıxışımız olacaq. Yol bu ilin may-iyun aylarında hazır olacaq və istifadəyə veriləcək".

AzVision.az


Teqlər:





Xəbər lenti