Xankəndi-Laçın yolunda sülhməramlıların 47 avtomobili maneəsiz keçib

Xankəndi-Laçın yolunda sülhməramlıların    47    avtomobili maneəsiz keçib
  18 Fevral 2023    Oxunub:942
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
AzVision.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 minik avtomobili Xankəndidən Laçın, digər yük maşını isə əks istiqamətə maneəsiz hərəkət edib.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 47-yə çatıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

AzVision.az



Teqlər:





Xəbər lenti