Gəncədə evdən meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi açıqlandı - YENİLƏNİB

  Gəncədə evdən meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi açıqlandı -  YENİLƏNİB
  19 Fevral 2023    Oxunub:1731
Gəncədə müğənni ilə rəqqasənin meyitləri aşkarlanıb, qazdan zəhərləndikləri ehtimal olunur.
“Report”un məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Gəncə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Aytən Elsevər qızı Abdullayeva və 1989-cu il təvəllüdlü Turxan Tofiq oğlu Əliyevin meyitləri şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində aşkarlanıb.

Onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, A.Abdullayeva rəqqasə, T.Əliyev isə müğənni olub.

Qızın yaxınları dünənki tarixdə, oğlanın yaxınları isə bu səhər polisə onların itkin düşməsi ilə bağlı məlumat verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

15:10

Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının evdə meyitləri aşkarlanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva isə rəqqasə olub.
AzVision.az


Teqlər:





Xəbər lenti