Masallıda xəsarət alanların kimliyi məlum oldu

   Masallıda xəsarət alanların kimliyi məlum oldu
  19 Fevral 2023    Oxunub:889
Masallıda baş verən qəzada xəsarət alanların adları məlum olub.
AzVision.az xəbər verir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olan yaralılar bunlardır:

1. 2000-ci il təvəllüdlü İsmət Qalib oğlu Heydərli, sol çiyin çıxığı və sol bazu sınığı,

2. 1997-ci il təvəllüdlü Nicat Əhmədullah oğlu İsmayılov, döş qəfəsi əziyi,

3. 2001-ci il təvəllüdlü Zeynəb Vüqar qızı Hüseynova, döş qəfəsi əziyi,

4. 1982-ci il təvəllüdlü Kamal Orucəli oğlu Təhməzov, döş qəfəsi əziyi, sol çanaq əziyi,

5. 1990-cı il təvəllüdlü Zeynəb Zakir qızı Ağayeva, döş qəfəsi əziyi,

6. 2020-ci il təvəllüdlü Gülnur Kamal qızı Təhməzli, sol aşıq baldır əziyi,

7. 2022-ci il təvəllüdlü Kamil Kamal oğlu Təhməzli, bud sümüyünün sınığı diaqnozu.

Xəsarət alanların vəziyyəti sabitdir.
***
Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K. Təhməzovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.




AzVision.az


Teqlər:





Xəbər lenti