Prokurorluq: Müğənni və rəqqasın ölümü araşdırılır

      Prokurorluq:    Müğənni və rəqqasın ölümü araşdırılır
  19 Fevral 2023    Oxunub:1107
Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının meyitlərinin tapılması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, dərhal hadisə yerinə baxış keçirilib.
Meyitlər Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə təhvil verilib.

Hazırda Gəncə Şəhər Prokurorluğunda Turxan Əliyev və Aytən Abdullayevanın ölüm səbəbi araşdırılır.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva rəqqasə olub.

AzVision.az


Teqlər:





Xəbər lenti