Azad olunan ərazilərdə daha 34 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 34 mina aşkarlanıb
  20 Fevral 2023    Oxunub:1375
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AzVision.az -a bildirilib ki, fevralın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 34 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 681 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti