Rus tanklarının yeni qənimi
// Fransa Ukraynaya 5-ci nəsil “Akeron” sistemləri göndərib
"Akeron MP" Fransa istehsalı olan müasir tank əleyhinə raket kompleksidir. Fransa ordusuna 2017-ci ildə təhvil verilib. Kompleks Fransanın quru qoşunlarının bölmələrinin silahlanmasında mövcud olan MILAN və FGM-148 "Javelin" tank əleyhinə raket sistemlərinin perspektiv dəyişdirilməsi məqsədilə hazırlanıb.
Hərbi ekspertlərin fikrincə, raket kompleksi piyada bölmələrində istifadə üçün nəzərdə tutulub. O, həm əllə daşına, həm də döyüş maşınlarına quraşdırıla bilər. Atəş məsafəsi 5 kilometrə qədərdir.
Açıq mənbələrdən əldə edilən məlumatlara görə, hazırda Fransada 400-ə yaxın belə kompleks mövcuddur. Komplekslərin potensial alıcıları arasında İsveç, Belçika, Portuqaliya və ola bilsin ki, Qətər yer alır. İndi Ukrayna da operatorların sırasına qoşulub.
Rusiya dəfələrlə Qərbin Ukraynaya silah tədarükünü tənqid edib və bunun münaqişəni daha da şiddətləndirdiyini bildirib.
Ə.V.
AzVision.az