Yardımı ilə tanınan Sərvərin şəklini evindən asdı - FOTO

   Yardımı ilə tanınan Sərvərin şəklini evindən asdı -    FOTO
  20 Fevral 2023    Oxunub:1158
Zəlzələdən əziyyət çəkənlərə yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirlinin maşını ilə şəkli Türkiyədə evlərdən birində asılıb.
Bu barədə Welcome to Alanya səhifəsi məlumat yayıb. Bildirilib ki, səhifənin izləyicilərindən biri bu xeyirxah şəxsin şəklini çərçivəyə salaraq evində asıb.

Qeyd edək ki, köhnə "Jiquli"si ilə yardım məntəqəsinə əşya daşıyan Sərvər Bəşirlinin fotosu sosial şəbəkələrdə məşhurlaşmışdı. Onun bu addımı Türkiyədə də geniş rəğbətlə qarşılanmışdı. Sərvər hətta zəlzələ bölgəsinə yollanaraq yardımla bağlı işlərdə də iştirak edib.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti