"Günümüzün bəlasıdır" - Həyat yoldaşı Tağı Əhmədovun vəziyyətindən danışdı

"Tağının vəziyyəti pisləşib, xəstəxanaya yerləşdirmişik. Müalicə götürür. Günümüzün bəlasıdır da, nə bilim...
Hələ ki, əməliyyat olmayıb, ancaq müalicə olunur. Həkimlər deyir ki, inşallah yaxşı olar. Allah cavanlara can sağlığı versin", - deyə S.Əhmədova bildirib.
Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı.
AzVision.az
Teqlər: