Ramiz Novruz dəfn olunub - FOTOLAR+ VİDEO

   Ramiz Novruz dəfn olunub -  FOTOLAR+ VİDEO
  21 Fevral 2023    Oxunub:1634
Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz dəfn olunub.
AzVision.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimi başa çatıb.

AzVision.az xəbər verir ki, mərhumun vaxtilə yaşadığı evdə keçirilən mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, R.Novruzun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

Aktyorun cənazəsi alqışlar sədaları altında yola salınıb.

Hazırda mərhumun cənazəsi dəfn olunmaq üçün Yasamaladakı "Qurd qapısı" qəbiristanlığına aparılır.


























AzVision.az


Teqlər:





Xəbər lenti