BQXK Xankəndiyə uşaq bezi və qidaları daşıdı

Belə ki, 6 minik və 1 yük avtomobili Laçından Xankəndi istiqamətinə keçid ediblər.
Avtomobillərin içərisində erməniəsilli şəxslərlə yanaşı, uşaq bezləri və qidalar da Xankəndiyə aparılıb.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 14-ə çatıb.
AzVision.az
Teqlər: