"Cinsi zorakılıq qurbanları üçün mərkəzlər yaradılmalıdır" - HESABAT

 "Cinsi zorakılıq qurbanları üçün mərkəzlər yaradılmalıdır" -  HESABAT
  22 Fevral 2023    Oxunub:1166
Qadın sığınacaqlarında tələb olunan minimum sayda yerlərin 58%-i hələ də çatışmır.
AzVision.az xəbər verir ki, bu "Qadınlara qarşı zorakılıq və məişət zorakılıq işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi" hesabatında əksini tapıb.

Belə ki, hesabatda qurbanların ədalət mühakiməsinə çıxışının ilk şərti kimi onlar üçün xidmətlərin göstərilməsi ilə bağlı tövsiyələr verilib.

Eyni zamanda qurbanların tibbi sığorta, maliyyə yardımı, mənzil təminatı və məşğulluq kimi ümumi xidmətlər vasitəsilə dəstəklənmək hüququnun bütün qurbanlar üçün əlçatan olmalı olduğu vurğulanıb.

"Qadın sığınacaqlarında yerlərin sayını artırmaqla bütün qurbanlar üçün təhlükəsiz yaşayış və dəstək hüququ təmin edilməlidir.Belə ki, hazırda tələb olunan minimum sayda yerlərin 58%-i hələ də çatışmır".

Hesabatda cinsi zorakılıq va zorlama qurbanı olan qadınlar üçün mərkəzlərin yaradılması təklif edilib.

Həmçinin qadınlara qarşı zorakılığın və məişət zorakılığının bütün qurbanları va onların uşaqları üçün ixtisaslaşdırılmış xidmətlər təklif edə bilmələri üçün qadın QHT-lərinin kifayət qədər maliyyələşdirilməsi tövsiyə olunub.

Digər tövsiyələr qadınlara qarşı zorakılıq qurbanları üçün 24/7 rejimində çalışan yardım xəttinin mövcud olmasını təmin etmək üçün maliyyələşdirmənin artırılması, dəstək xidmətlərinə çıxış əldə etməkdə çətinlik çəkən qurbanlara dəstək olmaq üçün sayyar xidmətlərin təşkili, qaynar xəttə zənglərin hər kəs üçün ödənişsiz olmasını təmin etmək üçün dövlət orqanları ilə mobil operatorlar arasında əməkdaşlıq protokollarının işlənib hazırlanması, salahiyyətli orqanların uzun sürən prosedurları və qurbanlarda vəsait çatışmazlığı səbəbindən mühafizədə boşluqların yaranmaması üçün sənədləri olmayan qadınların sənədlərinin dublikatlarını ödənişsiz almasını təmin etmək məqsədilə prosedurlarin sürətləndirilməsi daxildir.

AzVision.az


Teqlər:





Xəbər lenti