"Azərbaycan sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirir"

   "Azərbaycan sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirir"
  22 Fevral 2023    Oxunub:818
"Sülh sazişi üzrə dekabrda keçirilməsi nəzərdə tutulan danışıqlarda Ermənistanın iştirakdan imtina etməsinə və prosesə yaratdığı maneələrə baxmayaraq, ölkəmiz prosesə sadiq qalaraq sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirir".
xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşündə deyib.

Görüşdə, həmçinin Ermənistanın destruktiv mövqeyindən çəkinərək, danışıqlar masasına geri qayıtmasının zəruri olduğu vurğulanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti