Bakıda məşhur super marketlər sahibinin evinə silahlı basqın - VİDEO

   Bakıda məşhur super marketlər sahibinin evinə silahlı basqın -    VİDEO
  22 Fevral 2023    Oxunub:1127
Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə silahlı basqın olub.
AzVision.az BAKU.TV-yə istinadla xəbər verir ki, bu ev "Ballı market”lər şəbəkəsinin sahibinə məxsusdur.

Evə girən şəxs əlindəki tüfəngin qundağı ilə evdə olan V.Vahidovun başına xəsarət yetirərək ondan pul tələb edib.

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Tahir Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.

Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.



AzVision.az


Teqlər:





Xəbər lenti