"Avroviziya 2023"ün aparıcıları onlar olacaq

   "Avroviziya 2023"ün aparıcıları onlar olacaq
  22 Fevral 2023    Oxunub:1065
"Avroviziya 2023"ün aparıcılarının adları bəlli olub.
AzVision.az xəbər verir ki, yarışmada aparıcılıq britaniyalı aktrisa Hanna Uedinqem, model Alişa Dikson və ukraynalı müğənni Yuliya Sanina həvalə edilib.

Qeyd edək ki, ötən il müsabiqənin qalibi Ukraynanı təmsil edən "Kaluş" qrupu olub. Ölkədəki müharibə səbəbindən yarışma bu il Britaniyada keçiriləcək.

Mayın 9-u və 11-də müsabiqənin yarımfinalları, 13-də isə final mərhələsinin keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti