Şəhid Mehman Şirvanovun xatirəsinə həsr olunan tədbir keçirildi

Tədbirdə millət vəkilləri, QHT sədrləri, KİV nümayəndələri, şəhid ailələri, qazilər, institutun tələbə və müəllim heyəti iştirak edib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tələbələr arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində təhsil ocağında görülən işlər barədə məlumat verib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin ali təhsil müəssisələrində təşkil olunmasının əsas səbəbi şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq səlnaməsini gənclərə çatdırmaqdır.
Teqlər: