"Rusiya məsuliyyətsiz addım atıb" - Pentaqon

   "Rusiya məsuliyyətsiz addım atıb" -    Pentaqon
  23 Fevral 2023    Oxunub:771
Vladimir Putinin Rusiya-Amerika START və START-3-də iştirakın dayandırılması ilə bağlı bəyanatından sonra Vaşinqton nüvə qüvvələrinin hazırlığını dəyişməyəcək
AzVision.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.

Pentaqonun sözçüsünə görə, Moskva məsuliyyətsiz addım atıb və Vaşinqton bundan çox təəssüflənir.

"Hazırlığımız baxımından heç bir dəyişiklik yoxdur, yerinə yetirməli olduğumuz öhdəliklərimiz baxımından heç bir şey dəyişməyib", Sinq brifinqdə deyib.

Sinq vurğulayıb ki, nüvə dövlətləri öz aralarında əməkdaşlıq etməlidirlər və bu, Rusiyaya da aiddir. "Və onun Rusiya-Amerika “Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsi”ndən çıxması son dərəcə məsuliyyətsiz addımdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti