Ağalıda 30 ildən sonra körpə səsi eşidildi

   Ağalıda 30 ildən sonra körpə səsi eşidildi
  23 Fevral 2023    Oxunub:1590
Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib.
Bu barədə AzVision.az -a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 15-də anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22.02.2023-cü ildə valideynləri hər hansı quruma getmədən nazirliyin müasir innovativ “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb və doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti