Gömrük Komitəsinin sabiq sədrləri nə qədər pensiya alır?

   Gömrük Komitəsinin sabiq sədrləri nə qədər pensiya alır?
  23 Fevral 2023    Oxunub:1381
Dövlət Gömrük Komitəsinin təqaüdə göndərilən generalları 8-10 min manat və daha yüksək pensiya alırlar.
AzVision.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.

Bildirilib ki, antikorrupsiya əməliyyatları çərçivəsində vəzifəsindən azad edilən Komitənin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin pensiyası 10140 manatdır. Onun pensiyasının yüksək məbləğdə hesablanması xidmət müddətinin keçməsi, uzun illər DGK-da çalışıb, yüksək rütbə daşıması ilə bağlıdır.

Səfər Mehdiyevdən əvvəl Komitənin sədri olmuş general-polkovnik Aydın Əliyev də eyni məbləğdə pensiya alır.

AzVision.az


Teqlər:





Xəbər lenti