"Ermənistan minalarla bağlı faktların heç birini təkzib edə bilməyib"

 "Ermənistan minalarla bağlı faktların heç birini təkzib edə bilməyib"
  23 Fevral 2023    Oxunub:910
"Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların işğaldan azad edilmiş ərazilərimizdə aşkarlanması haqqında bizim tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan məhkəmə prosesi zamanı təkzib edə bilmədi".
Bunu Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına dair keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, həmçinin bu minalar ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi: "Bu da onu göstərdi ki, son iki ildə Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozur".

AzVision.az


Teqlər:





Xəbər lenti