"Türkiyədəki son axşamımızda 9 yaşındakı oğlan uşağını qurtarmaq üçün çalışırdıq. 30 saatlıq çətin bir çalışmadan sonra dar tunelin sonunda uşağı görə bildik.
Axtarış və xilasetmə qruplarından gələn dostlar onu əhatə edən beton daşları təmizlədi. Tibb qruplarından biri ilk müdaxiləni etmək üçün oğlanın yanına getdi.
Bu tibb işçisini əvvəlcədən tanıyırdım, iki il əvvəl qəzada qızını itirmişdi. O, ehmalca dağıntı altında olan azyaşlının başını sığalladı və onu sakitləşdirməyə çalışdı. Edilən ilk müdaxilə sonrası uşağın dağıntılar altından çıxarılmasını körpənin doğulmasına bənzdən Vach "Çox çətin iş idi. Oğlan beton qəfəsdən qurtarılanda hər kəsin gözü doldu. Tuneldən çıxanda uşağın əmisi yanımıza gəldi və onu xilas edən şəxsə qəpik pul verdi və bildirdi: "Yerli adətlərə görə pul doğan qadına verilir. Ancaq doğuş çətin keçibsə pul onu doğuzdurana verilir". Biz də uşağın yenidən dünyaya göz açmasına vəsilə olmuşduq".
İş başında olduqları müddətdə türk xalqının sevgi dolu münasibət göstərdiklərini anladan Vach :" Yerli xalq bizə inandıqlarını və güvəndiklərini söyləyib onlara kömək etməyimizi istədilər. Dilimizi hər kəs anladı, həyat qurtarmağın dili budur, sevginin dili budur", bildirib.


Şahanə Rəhimli
AzVision.az