Dostluq qadınları yaşla bağlı xəstəliklərdən xilas edir

Dostluq qadınları yaşla bağlı xəstəliklərdən xilas edir
  24 Fevral 2023    Oxunub:1361
Orta yaşda digərlərilə güclü və isti münasibətləri olan qadınlar qocalıqda yaşla bağlı xəstəliklərdən daha az əziyyət çəkirlər.
Bu barədə “Naked Science” nəşri xəbər verib. Belə ki, 20 ildir 7,6 min qadın sağlamlıqları və emosional rifahları barədə Avstraliya və Amerika alimlərinə məlumat ötürüblər. Müşahidə illəri ərzində tədqiqat iştirakçılarının 58%-də çoxsaylı xroniki xəstəliklər meydana çıxıb.

Digər insanlarla münasibətlərdən ən çox məmnun olanların xəstələnmə ehtimalı iki dəfə aşağı olub. Məlum olub ki, başqaları ilə dostluq, artıq çəki ilə eyni şəkildə xəstəliklərin inkişaf riskinə təsir göstərir.

Hələlik alimlər bu araşdırmanın müxtəlif millətlərdən olan kişilər və qadınlar üçün doğru olub-olmadığını deyə bilmirlər - tədqiqatda yalnız avstraliyalı qadınlar iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti