Tankçılar şərti düşmən hədəflərini məhv etdi - VİDEO

Tankçılar şərti düşmən hədəflərini məhv etdi -    VİDEO
  24 Fevral 2023    Oxunub:891
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat veirlib. Bildirilib ki, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Məşğələlərdə əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsidir.



AzVision.az



Teqlər:





Xəbər lenti