Nazir müavini parlamentdə hesabat verdi

2022-ci ildə inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min ha torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
2022-ci il ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 95.466 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində-2.848) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 91.307 (95,6%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.
Müzakirələrdən sonra məruzə səsverməyə qoyularaq təsdiq edilib.
AzVision.az
Teqlər: